Yuxuda pomidor  görmək nə deməkdir?
05 mart 2025 11:32 (UTC +04:00)

Yuxuda pomidor görmək nə deməkdir?

Yuxuda mövsümdə pomidor görmək bolluq və firavanlığa işarədir. Yuxuda mövsümdən kənar pomidor görmək maddi çətinliklərə işarə edir. Pomidoru mövsümdən kənarda görmək yaxşı deyil, maddi sıxıntıdan, dolanışıqsızlıqdan xəbər verir. 

Yuxularda bir çox şey görürük. Bunlardan biri də pomidordur.

Bəs, yuxuda pomidor görmək hansı mənaya gəlir?

Lent.az yuxuda pomidor görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:

Yuxuda pomidor görmək nədir?

Yuxuda pomidor görmək yuxu sahibinin bəxtinin açılacağına yozulur. Şəxsi gözəl və yaxşı şeylərin gözlədiyi və qısa zamanda bunlara qovuşacağına işarə edir. Xüsusilə gözlənilməz bəzi müsbət hadisələrlə qarşılaşacağını bildirir. Təbii ki, burada pomidorun rəngi və ya dadı ilə yanaşı, bir çox amil yuxunun müsbət və ya mənfi şəkildə yozulmasına səbəb ola bilər.

Yuxuda qırmızı pomidor yemək nədir?

Yuxuda qırmızı pomidor yemək iki fərqli şəkildə yozulur. Əgər pomidor mövsümündə yeyilirsə, bu, iş və sosial həyatda uğurlu günlərin gələcəyini bildirir. Böyük pullar qazanacağına və bolluq, bərəkət içində bir həyat sürəcəyinə işarə edir. Əgər mövsümdən kənar pomidor yeyilərsə, bu, iş həyatında çətinliklər yaşanacağına və yaxınlaşan kədərli bir dövrə işarə edir.

Yuxuda çürük pomidor almaq nədir?

Yuxuda çürük pomidor almaq, yuxu sahibinin ətrafındakı bir insanın onun haqqında pis sözlər deyəcəyinə dəlalət edir. Dost çevrəsindəki bəzi insanların yalan və yanlış xəbərlər yayacağına işarədir.

Yuxuda pomidor doğramaq nədir?

Yuxuda pomidor doğradığını görmək həm müsbət, həm də mənfi şəkildə yozula bilər. Xüsusilə yuxu sahibinin xeyirli və yaxşı işlər qarşısında müjdəli xəbərlər alacağına işarə edir. Eyni zamanda, insanın həyatında bəzi səhvlər edəcəyi ehtimalına da yozulur. Əgər yuxu sahibi ticarətlə məşğuldursa, işində bəzi pis xəbərlər alaraq maddi itkilər yaşayacağına işarədir.

Yuxuda pomidor toplamaq nədir?

Yuxuda pomidor almaq və toplamaq eyni mənada yozulur. Yuxu sahibi əgər yuxusunda pomidor toplayırsa, qısa müddətdə sevindirici bir xəbər alacağına yozulur. Ailəsinə bərəkət və bolluq gələcəyinə, eyni zamanda işlərində uğurlu bir dövr keçirəcəyinə işarə edir. Əgər yuxu sahibi subaydırsa, yaxşı bir qismətin qarşısına çıxacağına işarə edir. Əgər bu şəxs borcludursa, o zaman bütün borclarından xilas olacağına dəlalət edir.

Yuxuda bişmiş pomidor görmək nədir?

Yuxuda bişmiş pomidor görmək hiylə və saxtakarlıqla əldə ediləcək qazanca işarə edir. Digər yuxu təfsirçilərinə görə isə, yuxusunda bişmiş pomidor görən şəxslər ətraflarından hörmət və sayğı görəcəklər. Haqlı bir tərif alacaqlarına, mal və mülk sahibi olacaqlarına işarə edir.

Yuxuda yaşıl pomidor görmək nədir?

Yuxuda yaşıl pomidor görmək yaxşı qazanca işarə edir. Lakin əgər pomidor həm yaşıl, həm də turşdursa, bu, yaxşı bir işarə deyil. Bəzi yuxu təfsirçilərinə görə isə, insanın edəcəyi yaxşılıqlar nəticəsində savab qazanacağına və bir çox insanın həyatında müsbət dəyişikliklər yaradacağına işarə edir. Eyni zamanda, yuxu sahibinin dünyəvi həyatdan uzaqlaşaraq mənəvi bir həyata yönələcəyinə işarə edir. İnsanlara kömək edərək savab qazanacağına və işlərinin yoluna düşəcəyinə işarədir.

Yuxuda qırmızı pomidor görmək nədir?

Yuxuda qırmızı pomidor görmək dəyərli əşyaları ifadə edir. Xüsusilə, zinət əşyalarına işarədir. Yuxusunda qırmızı və dolğun bir pomidor görən insanların işləri açılar. Həmçinin, qırmızı pomidor görən və yeyən şəxslərin əlinə böyük miqdarda pul keçəcəkdir. Bu qazancı ilə pul yığacağına və xoşbəxt bir həyat sürəcəyinə işarə edir.

Yuxuda pomidor salatı görmək nədir?

Yuxuda pomidor salatı görmək xoşbəxt və rahat bir həyata işarə edir. Xüsusilə yuxu sahibinin imkanlarını ən yaxşı şəkildə dəyərləndirəcəyinə və yaxşı bir mal-mülk sahibi olacağına dəlalət edir. Qazandığı gəlirə görə şükür edəcəyinə və bir çox insana yardım edəcəyinə işarə olunur. Yuxuda pomidor görmək, əgər mövsümündədirsə, qazanc, mövsümdən kənardadırsa, zərər olaraq yozulur. Həmçinin, bir dostunuzla birlikdə gözəl yeməklər yeyib əylənəcəyinizə və bir yerə gedəcəyinizə işarə sayılır. Yuxuda pomidor görmək, bir dostunuzla gözəl yeməklər yeyəcəyinizə işarədir.

Yuxuda mövsümündə pomidor görmək bərəkət və bolluğa işarə edir. Əksinə, mövsümdən kənar pomidor görmək isə dolanışıq çətinliyinə və maddi sıxıntıya dəlalət edir. Yuxuda qırmızı pomidor görmək qızıl, yaşıl pomidor isə gümüş mənasını verə bilər. Bəzən isə yuxuda çiy və ya bişmiş pomidor yemək harama işarə edilə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar

Yuxuda pişik cırmaqlaması  nə deməkdir?

Yuxuda pişik cırmaqlaması nə deməkdir?

4 mart 2025 , 09:48
Yuxuda sarımsaq  görmək nə deməkdir?

Yuxuda sarımsaq görmək nə deməkdir?

3 mart 2025 , 10:20
Yuxuda hamburger  yemək nə deməkdir?

Yuxuda hamburger yemək nə deməkdir?

28 fevral 2025 , 09:36
Yuxuda kartof görmək  nə deməkdir?

Yuxuda kartof görmək nə deməkdir?

27 fevral 2025 , 09:23
Yuxuda faciə görməyin  mənası nədir?

Yuxuda faciə görməyin mənası nədir?

26 fevral 2025 , 10:28
Yuxuda fil görmək  nə deməkdir?

Yuxuda fil görmək nə deməkdir?

25 fevral 2025 , 09:37
Yuxuda falçı görmək  nə deməkdir?

Yuxuda falçı görmək nə deməkdir?

22 fevral 2025 , 10:00
Yuxuda qumar oynamaq  nə deməkdir?

Yuxuda qumar oynamaq nə deməkdir?

21 fevral 2025 , 09:22