Türkiyənin Hatay şəhərində zəlzələdən sonra böyük yarğanlar meydana gəlib.
Lent.az yerli mediaya istinadla bildirir ki, sakinlərin sözlərinə görə, zəlzələdən sonra güclü partlayış səsləri gəlib.
Məlum olub ki, partlayış səsləri zəlzələdən sonra yaranan yarğanlardan qaynaqlanırmış. Məlumata görə, yarğanlar Hatayın Altınözü qəsəbəsində yerləşən 34 sot zeytun bağı ikiyə bölüb. Çuxurların dərinliklərinin 30 metr, eninin isə 200 metr olduğu bildirilir.
Görüntüləri təqdim edirik: