Azərbaycanda 15 yaşlı qız iynə udub.
Lent.az-ın məlumatına görə, hadisə Zaqatalada baş verib.
Rayon sakini 15 yaşlı N.M. (ad şərtidir) tikiş iynəsi udub. Təcili olaraq rayondakı özəl klinikalardan birinə çatdırılan xəstə əməliyyat olunub. Belə ki, endoskopik yolla iynə qızın mədəsindən çıxarılıb.
Xəstənin vəziyyəti normaldır.