Azərbaycanda yol polisinin yanında kobud qayda pozuntusu olub.
Lent.az-ın məlumatına görə, hadisə dekabrın 20-də gecə saatlarında baş verib.
Magistral yolların birində yol patrol xidməti əməkdaşları qayda pozuntusuna görə bir avtomobili saxlayıblar. Amma bu zaman daha bir gözlənilməz pozuntunun şahidi olublar.
Belə ki, sürət həddi 90 km/saat olan yolda bir avtomobil 194 km/saat sürətlə keçib. Buna görə də, həmin sürücüyə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə protokolu tərtib olunub.
Həmin anlar oradakı YPX avtomobilinin kameralarına düşüb.
Görüntüləri təqdim edirik: