Yedirib sağaltdığı qarğa hər gün EVİNƏ GƏLİR -  VİDEO
27 noyabr 2022 15:49 (UTC +04:00)

Yedirib sağaltdığı qarğa hər gün EVİNƏ GƏLİR - VİDEO

Ankarada yaralı qarğa onu hər gün yedizdirən və sağaldan Neslişah Turqana baş çəkir.

Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, paytaxtda müxtəlif təşkilati işlər görən Neslişah Turqan bazara göndərdiyi oğlunun çiynində körpə və xəstə qarğa ilə geri döndüyünü görüb.

Turqan ilk gələndə tükləri hələ tam çıxmayan qarğa balasını götürüb yedizdirməyə başlayıb. Evində qarğaya qulluq edən Turqan 2 həftəlik baxımdan sonra qarğanı sağaldıb.

Adını “Soylu” qoyduğu qarğa günün müəyyən saatlarında evə baş çəkir və həm onun üçün qoyulan yemi yeyir, həm də həsrətini Turqanla doyurur.

Qarğanın ilk gəldiyində uça bilmədiyini bidirən Turqan, "Bura toy, nişan kimi müxtəlif tədbirlər təşkil etdiyimiz kiçik bir butik villadır. Qarğamız təxminən 2 həftə qonağımız oldu. Oğlum marketdən gələrkən təsadüfən görüb gəlirmişdi və ilk gələndə tükləri təzə çıxırdı. İki həftəlik qonağımız oldu. Hər səhər gəlib bizimlə səhər yeməyi, hər axşam gəlib şam yeməyini yeyir”, - deyib.

O, qarğanın nadinc tərəfi olduğunu dilə gətirib: “Məsələn, biz heç pul saxlaya bilmirik. Bağın hər küncündən yığırıq. Şəxsi əşyalarımızı görünən yerə qoya bilmərik. Amma biz yenə onu sevirik. Adını “Asil” qoyduq. Asil səhər-axşam qonağımızdır. Gəl deyəndə daxil olur, get deyəndə gedir”.
 

Yedirib sağaltdığı qarğa hər gün ziyarətinə gəlir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4479

Oxşar yazılar

Paytaxtda tonlarla   insan qalıqları tapıldı - VİDEO

Paytaxtda tonlarla insan qalıqları tapıldı - VİDEO

2 may 2025 , 12:42
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

2 may 2025 , 10:00
Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

1 may 2025 , 12:34
"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

1 may 2025 , 11:59
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

1 may 2025 , 10:00
Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

30 aprel 2025 , 21:37
Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

30 aprel 2025 , 11:06
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

30 aprel 2025 , 10:00