Türkiyədə baş verən meşə yanğınları zamanı balası ölən ana keçi görənlərin ürəyini dağlayıb.
Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, keçi balasını itirdikdən sonra depressiyaya düşüb. Belə ki, o günlərlə nə yemək yeyir, nə də su içir. Diqqət çəkən məqamlardan biri də odur ki, keçi həmin gündən ancaq eyni tərzdə durur.
Travma alan keçi itkisindən bəri divara baxır. Məlumata görə, ana keçi özü də yanğınlarda yaralanıb.
Video qısa müddətdə sosial şəbəkələrdə yayılıb. Hər kəs şərhlərdə keçinin halına üzüldüyünü yazıb.