Uşaq bağçasında YANĞIN  - FOTO  + VİDEO
06 yanvar 2022 10:59 (UTC +04:00)

Uşaq bağçasında YANĞIN - FOTO + VİDEO

Xəbərə hadisə yerindən video və fotolar əlavə edilib.

***

saat 10:10

Zaqatalada körpələr evi - uşaq bağçasında baş verən yanğın söndürülüb.

Lent.az-ın xəbərinə görə, yanğın nəticəsində ümumi sahəsi 220 kv/m olan inzibati binanın yanar konstruksiyaları və içərisində olan sənəd və əşyalar tam yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

***

saat 09:04

Bu gün səhər saat 07:50-də Zaqatala rayonunun Bəhmətli kəndində fəaliyyət göstərən, ümumi sahəsi 200 kv/m olan 75 yerlik körpələr evi - uşaq bağçasında yanğın başlayıb.

Lent.az xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Hazırda yanğın məhdudlaşdırılıb, tam söndürülməsi istiqamətində işlər aparılır.

# 2709
avatar

Oxşar yazılar