Bakının Xətai rayonunda yerləşən "Ukrayna dairəsi"ndə kəskin tıxac yaranıb.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə çoxsaylı videolar yayılıb.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi dairədə hərəkətin dəyişdirilməsi üçün yeni layihə təqdim edib. Görünən odur ki, layihənin təşkili əvvəllər tıxac olmayan "Ukrayna dairəsi"ndə keçilməz tıxaca səbəb olub.