Üçayaqlı ayı evə girdi, soyuducunu açıb  spirtli içki   içdi -  VİDEO
17 sentyabr 2023 11:32 (UTC +04:00)

Üçayaqlı ayı evə girdi, soyuducunu açıb spirtli içki içdi - VİDEO

Floridada (ABŞ) üçayaqlı ayı qapalı eyvana girərək soyuducudan 3 ədəd spirtli içki götürüb və içib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Cozauri Faneyte-Dilonun sözlərinə görə, 13 yaşlı oğlu Cozef Diqlio onların Leyk-Meridəki evində olarkən itlərinin hürməsi eşidilib. Məlum olub ki, ev heyvanı bayırda ayı ilə bağlı uşağa xəbərdarlıq edirmiş.

Müşahidə kamerasının görüntüləri və telefonla çəkilən videoda üçayaqlı ayının evin eyvanına girdiyi görünür.

"Çöldə akvariumumuzun yanında olan balıq yeməyini yedi və sonra bara tərəf yönəldi. Üç "Ağ pənçələr" içkisini götürdü, içdi və çox məmnun qaldı. Ən sevdiyi ləzzət manqo və çiyələkdir", - şahidlər deyib.

Heyvan bir neçə dəqiqədən sonra özü ilə qəlyanaltıları götürərək gedib. Qonşuların dediyinə görə, bu yırtıcı yerli xalq arasında Tripod kimi tanınır.

 

 

# 5874
avatar

Oxşar yazılar