Türkiyənin Kastamonu bölgəsində bir çox insanın ölümünə səbəb olan sel fəlakətinin görüntüləri yayılıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumata görə, bir vətəndaş bu fəlakəti evindən telefon vasitəsi ilə qeydə alıb.
Həmin görüntüləri sizə təqdim edirik.
Qeyd edək ki, Türkiyənin Kastamonu vilayətindəki sel fəlakətində 27 nəfər ölüb, 100-dən çox şıxs itkin düşüb.
10:10
Türkiyənin Kastamonu, Sinop və Bartın bölgələrində baş verən sel nəticəsində ölənlərin sayı 27-yə çatıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat verib.
Ölənlərin 25-i Kastamonuda, 2-si Sinopda qeydə alınıb.
Bartında itkin düşən 1 nəfərin isə axtarışı davam edir.
Sevinc Fərid