Ağcabədidə toy karvanında avtoxuliqanlıq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon sakini Fərhad Abdullayev istifadəsində olan “VAZ-2106” markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edib.
Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həmin sürücü müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə F.Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 500 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.
Fərhad Abdullayev