Türkiyənin Adana şəhərində bir nəfərin təmirə gətirdiyi telefonu partlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, vətəndaş smartfonunun batareyası çox qızdığı üçün onu texniki xidmətə aparıb.
Təmirçi telefonu yoxlayarkən birdən batareya partlayaraq yanmağa başlayıb.
Akkumulyatorun partlaması, yanması və o çaxnaşma anı təhlükəsizlik kamerasına anbaan düşüb.
Həmin görüntüləri təqdim edirik: