Təhsil naziri Emin Əmrullayev
21 dekabr 2021 11:12 (UTC +04:00)

Təhsil naziri Emin Əmrullayev

Təhsil şöbələrində çalışanların taleyi necə olacaq? - NAZİR DANIŞIR

 

Təhsil naziri Emin Əmrullayev rayon təhsil şöbələrində çalışanların taleyinin necə olacağına aydınlıq gətirib.

Lent.az-ın xəbərinə görə, nazir dövlət başçısının dünən təhsillə bağlı imzaladığı sərəncamlara dair brifinqdə bildirib ki, regional idarələrin yaranması rayon şöbələrin ləğv edilməsi demək deyil.

“Həmin şöbələrdə çalışan işçilər dövlət qulluğu haqqında qanunvericiliyə görə yeni strukturda işlə təmin olunacaqlar. Əgər həmin şəxslər rayon təhsil şöbələrində dövlət qulluğunda daimi müqavilə ilə çalışırdılarsa, onlar işsiz qalmayacaq. Yerli idarəetmə strukturunda və ya idarənin özündə təyinat məsələsinə baxılacaq”.

10:37

***

Regional idarələr İqtisadi rayonlar üzərində qurulub.

Lent.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, müəllimlərin qəbulunu hazırda nazirlik yerinə yetirir:

“Amma gələcəkdə regional idarələr inkişaf etdikcə müəyyən səlahiyyətlər də onlara veriləcək. Qarabağ və Zəngəzurda təhsil idarələrinin yaradılması da biz təhsil işçiləri üçün qürurdur”.

Nazir əlavə edib ki, regional idarələrin yaradılması rayon və şəhər təhsil şöbələrinin ləğv edilməsi demək deyil: 

"Hər rayonda təhsili idarə edən qurumlar olacaq. Onlar regional idarələrin tabeliyində fəaliyyət göstərəcək. Regional idarələr həm vətəndaş müraciətlərinə vaxtında baxılması, həm də yerli məsələlərin həllinə müsbət təsir edəcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4083
avatar

Aytəkin Cəlali

Oxşar yazılar