Çinin Şaosin şəhər dairəsinin Çjetszyan əyalətindəki şərab zavodunda baş verən yanğın nəticəsində şərab Ciyan gölünə tökülüb və göldə yaşayan bir neçə min balıq sərxoş olub.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, şahidlərin apardığı qeydlər göldə yaşayan bütün balıqların səthə çıxdığını göstərir. Bəzi sərxoş balıqlar yavaş-yavaş seğirirlər, bəziləri isə spirtdən zəhərlənərək ölüb.
Şahidlərin çəkdiyi videoda sağ qalan bütün balıqların sahilə çıxdığı görülür. Bəzi sərxoş balıqlar yavaş-yavaş tərpənir, bəziləri isə spirtdən zəhərlənərək ölür.
Su üzünə çıxan balıqlar müqavimət göstərə bilmir və gölün sahilinə toplaşan balıqçıların asan şikarına çevrilir.
Bütün balıqlar sahilə çıxdıqdan sonra göl təmizlənəcək.