Sosial şəbəkələrdə böyük səs-küyə səbəb olacaq video yayılıb.
Lent.az xəbər verir ki, bu videonu çəkən yazar İradə Aytel öz "Facebook" hesabında paylaşıb.
Onun sözlərinə görə, Tovuz rayonunda şəhid Ceyhun İsmayılovun məzarının üstündə ev tikiblər və qapısını da qıfıllayıblar. Gördükləri qarşısında təəccübünü gizlədə bilməyən yazar bu hadisəni izləyiciləri ilə bölüşüb:
“Biz Ceyhunumuzun məzarına yaxınlaşa bilmədik. Şəhidlər xalqındır, Şəhidlər hamımızındır. Bilirsiniz, nə qədər adam gəldi, Ceyhunu ziyarət edə bilmədi?.. Ceyhun, qadan alım, bizi bağışla...”.