AAAF Park yaşayış kompleksində binaların fundamentə bitişik torpaq sahəsini və beton layları sökərək obyekt kimi istifadə edən şəxslərdən rüşvət alaraq buna göz yuman polis əməkdaşı orqandan xaric edilib.
Lent.az-ın məlumatına görə, bir neçə gün öncə polisin rüşvət alaraq ərazidən uzaqlaşma anını qonşu binada yaşayan sakinlər videoya çəkib. Həmin görüntülər redaksiyamıza təqdim edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad HacıyevLent.az-a bildirib ki, həmin görüntülər araşdırılıb:
“Polis adına ləkə gətirən hərəkətlərə yol verdiyi üçün polis serjantı E.Abbasov Çevik Polis Alayının komandirinin müvafiq əmri ilə daxili işlər orqanlarından xaric edilib”.