Qızın gözündən yaş əvəzinə daş gəlir -  VİDEO
29 sentyabr 2021 11:15 (UTC +04:00)

Qızın gözündən yaş əvəzinə daş gəlir - VİDEO

Hindistanın şimalındakı Kannauca şəhərindən olan 15 yaşlı bir qız, həftələrdir həkimləri və tanıdığı hər kəsi qorxudur.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, ailəsi iddia edir ki, son iki ayda yeniyetmə sol gözündən 10-15 daş "ağlayıb". Üstəlik, bu daşlar xəstəlik zamanı böyrəklərdə toplananlara bənzəmir, bunlar daha çox adi çınqıllara oxşayır.

Videonun əvvəlində, adı açıqlanmayan qızın göz qapağında bir növ qabarcığın olduğu aydın şəkildə görünür. Amma sonra gözünü açırlar ... və içindən kiçik bir daş düşür. Həkimlər nə baş verdiyini başa düşə bilmirlər. 

Bundan əlavə, kadrlardan aydın olur ki, göz qapaqlarının altındakı daşlar qızı çox incidir.

Daş ağlayan qızın xəbəri bütün dünyaya yayıldıqdan sonra hamı bunu şübhə ilə qəbul edib: qızı göz qapaqlarının altına çınqıl atmağa məcbur edən valideynlərin olmaması ehtimalı nədir? Bəzi iddialara görə, valideynləri qızın göz qapaqlarının alıtına çınqıl atıblar. 

Ancaq yerli sakinlər bu ehtimalla razılaşmırlar.  Ona görə ki, 2014-cü ildə Yəməndən olan 12 yaşlı Saadiya Saleh də bu problemlə üzləşib. 
 

# 3651
avatar

Oxşar yazılar