Qəzaya düşən sürücü və 2 sərnişin maşında DİRİ-DİRİ YANDI  - VİDEO
18 sentyabr 2021 15:35 (UTC +04:00)

Qəzaya düşən sürücü və 2 sərnişin maşında DİRİ-DİRİ YANDI - VİDEO

Rusiyanın Novosibirsk vilayətində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, yerli vaxtla səhər 6-da Dimitrov prospekti ilə Dəmiryol Stansiyasına doğru hərəkətdə olan “Volkswagen Polo” markal avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Zərbənin gücündən maşın yanmağa başlayıb. Sürücü və avtomobildə olan digər 2 sərnişin sıxılı vəziyyətdə olduqlarından maşında çıxa bilməyiblər. Hər üçü diri-diri yanaraq faciəli şəkildə ölüblər.

İlkin məlumata görə, yağış yağması nəticəsində yolun sürüşkənliyi nəticəsində avtomobil idarəetmədən çıxıb. 


 

# 4776
avatar

Oxşar yazılar