Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) zabiti, qazi kapitan Polad Rzayev 29 ildən sonra Şuşada atasının Şəhid olduğu məkanı ilk dəfə ziyarət edib.
Şuşa Şəhər Dövlət Qoruğu İdarəsindən Lent.az-a verilən məlumata görə, İkinci Qarabağ müharibəsi zamanı xüsusi şücaət göstərən, Murov dağı, Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edən Polad Rzayev atası Tofiq Oğuzun 29 il sonra Şuşada “Tar Sexi” adlanan ərazidə Şəhadətə ucaldığı məkanı görmək imkanı qazanıb.
Həmin video görüntüləri təqdim edirik.
Xatırladaq ki, Tofiq Oğuz əfsanəvi Qarabağ batalyonunun komandiri olub.