Ağdamın “Qarabağ” futbol klubu Avropa liqasının təsnifat mərhələsində dünən Kiprin “Ael” klubunu qəbul edib.
Lent.az xəbər verir ki, cavab oyunda maraqlı anlar yaşanıb. Belə ki, matçın əvvəlində “Mehtər” marşı səsləndirilib.
Oyun 1-0 Ağdam klubunun qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Kiprdə baş tutan oyun zamanı “Ael” fanatları “Qarabağ”a qarşı qeyri-etik hərəkətlərə yol vermişdilər. Təmsilçimizin bərabərlik qolundan sonra rəqib komandanın fanatları “Qarabağ”ın tribunasının arxasına keçərək təxribatçı şüarlar səsləndirmiş, bu hərəkətə son qoymadıqları üçün oyun referi tərəfindən dayandırılmışdı.