Paşinyanın “danışıqlara hazırıq” mesajının gizlinləri - VİDEO
14 avqust 2021 16:10 (UTC +04:00)

Paşinyanın “danışıqlara hazırıq” mesajının gizlinləri - VİDEO

“Ermənistan 10 noyabr bəyanatındakı bəzi müddəaları yerinə yetirməkdən demək olar ki, rəsmi olaraq imtina edib”.

APA TV-nin xəbərinə görə, bunu politoloq Tofiq Zülfüqarov Paşinyanın ötən gün danışıqlarla bağlı verdiyi açıqlamadan sonra cəbhədə baş verən təxribatlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, 10 noyabr bəyanatının əsas şərtlərindən biri erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tamamilə çıxarılması idi. Lakin Ermənistan bu müddəanı yerinə yetirməyib.

Politoloq Yeganə Hacıyeva isə deyir ki, Nikol Paşinyanın danışıqlara razı olmasının səbəbi, Ermənistanın fakt qarşısında qalması və regional kommunikasiyaların açılması ilə bağlı addımlara məcbur olunmasıdır:

Siyasi şərhçi qeyd edir ki, Ermənistan 10 noyabr razılaşmasından sonra bu prosesdə təşəbbüskar olmayıb. Son zamanlar Azərbaycana göndərilən hərbi qruplaşmaların yayılan videogörüntüləri və ardınca da Ermənistan tərəfinin cəbhə boyu, Naxçıvan, Kəlbəcər və Qarabağın daxilindən də atəşi pozmaqla məşğul olması bunu deməyə əsas verir. Bunun nə ilə nəticələnəcəyini isə politoloq belə izah edib:

Politoloq bunu Ermənistanın növbəti imitasiya diplomatiyası kimi qiymətləndirir. Onun sözlərinə görə, əgər Ermənistan tərəfi həqiqətən də danışıqlara hazır olduğunu göstərərək konstruktiv mövqe sərgiləmək istəyirsə, birinci addımı Azərbaycanın ərazi bütövlüyünü tanıması olmalıdır:

Paşinyan hökumətin iclasında Ermənistanın Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanla danışıqları bərpa etməyə hazır olduğunu bildirib. Minsk qrupundan konkret təkliflər gözlədiyini bildirən Paşinyan qeyd edib ki, həmsədrlərin danışıqları bərpa etməklə bağlı çağırışlarına geri dönüb yüksək səviyyəli danışıqlarda iştirak etməyə hazırdır. Baş nazir regional kommunikasiyaların açılması məsələsini tezliklə həll etməyin vacibliyini də qeyd edib. “Tezliklə regional kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı Baş nazir müavinlərinin komissiyasının işini bərpa etməli, regionda yeni iqtisadi və kommunikasiya imkanlarının həyata keçirilməsi baxımından daha fəal olmalıyıq" – deyə Paşinyan bildirib.

Paşinyanın “danışıqlara hazırıq” mesajının gizlinləri

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5142
avatar

Oxşar yazılar