Avtoxuliqanlıq edən sürücü
17 dekabr 2021 15:54 (UTC +04:00)

Avtoxuliqanlıq edən sürücü

Narkotik çəkib "avtoş"luq etdi - ANBAAN VİDEO

Xaçmazda narkotik vasitənin təsiri altında olan şəxs avtoxuliqanlıq edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə edən və digər hərəkət iştirakçılarının da sağlamlığı üçün ciddi təhlükə yaradan rayon sakini Müşfiq Rəsulov saxlanılıb.

Rayonun mərkəzi küçələrində hərəkətdə olan “Ford Tranzit” markalı avtomobilin sürücüsü davamlı şəkildə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Lakin, o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq təhlükəli manevrlərlə qaydaları pozmağa davam edib və nəticədə hərəkətdə olan digər iki avtomobilə zərər vurub. Avtomobil süni tıxac tətbiq edilməklə dayandırıldıqdan sonra sürücünün narkotik vasitə qəbul etməsinə dair əsaslı şübhələr olduğundan həmin şəxs polis şöbəsinə gətirilib.

Tibbi müayinədən keçirildikdən sonra M.Rəsulovun narkotik vasitə qəbul etdiyi müəyyən olunub. Həmçinin, onun sürücülük hüququ və avtomobili idarə etmək üçün etibarnamənin olmadığı da aşkarlanıb. O, ifadəsində əməllərini etiraf edib. M.Rəsulov Xaçmaz rayon məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka müddətində həbs edilib.

Narkotikin təsiri altında avtoxuliqanlıq etdi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2244
avatar

Mehman Nəbiyev

Oxşar yazılar