Müğənni İradə İbrahimovanın bacısı, stilist-vizajist Nigar İbrahimovaya məxsus “İN Studio” gözəllik mərkəzinə basqın etməkdə təqsirləndirilən Kənan Tağıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsnin qərarı ilə K.Tağıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib və o, istintaq təcridxanasına köçürülüb.
***
saat 11:45
Bakıda yerləşən mağazalara və gözəllik salonlarına daxil olaraq, xidmət personalını qeyri-etik ifadələrlə təhqir edən, sosial şəbəkələrdə narkotik və psixotrop maddələri təbliğ edən şəxs müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a bildirilib ki, 1990-cı il təvəllüdlü Tağıyev Kənan Telman oğlunun şəxsi axtarış zamanı üzərindən və yaşadığı ünvandan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
O, ilkin ifadəsində narkotik istifadəçisi olmasını, törətdiyi qanunsuz hərəkətlərin narkotik vasitələrin təsiri altında etdiyini etiraf edib.
K.Tağıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlayıb, istintaq hərəkətləri davam etdirilir.
Kənan Tağıyev
***
saat 11:40
Müğənni İradə İbrahimova cinsi azlıq nümayəndəsinin bacısı, stilist-vizajist Nigar İbrahimovaya məxsus “İN Studio” gözəllik mərkəzinə basqın etməsinə diar görüntülər yayıb.
Lent.az xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımdan belə məlum olur ki, salona daxil olan Anna Tağıyeva kimi tanınan cinsi azlıq nümayəndəsi əşyaları sındırır, işçi heyəti və müştəriləri təhqir edir.
Nigar İbrahimova bu barədə mediaya verdiyi açıqlamada bildirib ki, həmin şəxs bir ay əvvəl mərkəzin lazer xidmətindən yararlanıb və yüksək səviyyədə yola salınıb. Lakin o, bir ay sonra əsassız iddia ilə mərkəzi dağıtmağa başlayıb. Tanınmış makiyaj ustası gözəllik mərkəzinə beş min manatdan çox maddi ziyan dəydiyini də bildirib.
Qeyd edək ki, A. Tağıyeva adlı şəxsin dəfələrlə bu cür hücumları barədə sosial şəbəkələrdə videolar yayılıb. O, sonuncu dəfə geyim mağazasına girərək qiymət bahalığından şikayətlənmiş, satıcı və polis mayorunu təhqir etmiş, işçilərə fiziki təzyiq göstərmişdi.