Dünən Bakının Buzovna qəsəbəsində toy şənliyində baş tutan meyxana məclisi gündəm olub.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Məclisdə meyxanaçılar, Orxan Lökbatanlı, Balaəli, Ruslan Müşfiqabadlı və digələri iştirak ediblər.
Meyxanaçılar ötən gün həbs olunan Rəşad Dağlı üçün qafiyə açıblar. Bu zaman Balaəli və Ruslan Müşfiqabadlı göz yaşlarına hakim ola bilməyiblər.
Görüntülər sosial şəbəkədə marağa səbəb olub.
Videonu təqdim edirik: