Laçında cüyür kəsənlər
12 iyul 2021 19:01 (UTC +04:00)

Laçında cüyür kəsənlər

Laçında cüyür kəsənlər SAXLANILDI - VİDEO - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Laçında cüyür ovlayan şəxslərlə bağlı araşdırma aparıb.

Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən bildirilib.  

Qeyd olunub ki, həmin görüntülər sosial şəbəkələrdə yayılandan dərhal sonra DİN əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb: “Araşdırmalar zamanı müəyyən edilib ki, cüyürü kəsənlər Laçın rayon sakinləri - Aqil Xurşudov və Vüqar Atakişiyevdir. Arıçılıq təsərrüfatı ilə məşğul olan Aqil Xurşudov və Vüqar Atakişiyev müvafiq icazə əsasında öz arı təsərrüfatlarını Laçın rayonu ərazisində yerləşdiriblər. Hər iki şəxs Laçın Rayon Polis Şöbəsinə gətirilərək izahatları alınıb. İzahatlarında cüyürü yaralı vəziyyətdə aşkar etdiklərini qeyd edən Aqil Xurşudov və Vüqar Atakişiyev məhz buna görə də onu kəsmək məcburiyyətində qaldıqlarını qeyd ediblər. Hazırda Laçın Rayon Polis Şöbəsində müvafiq araşdırmalar davam etdirilir. Nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

***

saat 14:17

Sosial şəbəkələrdə Laçın rayonundan yeni görüntülər yayılıb.

Lent.az xəbər verir ki, yayılan videoda Laçına gedən 3 nəfərin ov edərək kef məclisi təşkil etməsi əks olunub.

Görüntülərdə yer alan şəxslər burada cüyür kəsdiklərini qeyd ediblər. Bu video isə sosial şəbəkədə izləyicilərin mənfi reaksiyasına səbəb olub. Belə ki, izləyicilər həmin 3 nəfərin müəyyən olunaraq, cəzalandırılmasını tələb ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə mətbuata açıqlamasında bildirib ki, sözügedən görüntü ilə bağlı təqsirkarların tapılması və barələrində tədbir görülməsi üçün xidmət tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlanır.

Sözügedən görüntüləri təqdim edirik:

Laçında cüyür kəsib kef qurdular

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13281
avatar

Mehman Nəbiyev

Oxşar yazılar