Küçəyə zibil atan deputat partiyadan qovuldu -  VİDEO
12 aprel 2021 15:47 (UTC +04:00)

Küçəyə zibil atan deputat partiyadan qovuldu - VİDEO

Primoryedə "Vahid Rusiya"nın regional siyasi şurasının rəyasət heyəti, diyar mərkəzinin beynəlxalq partiya mərkəzinin rəhbəri İqor Xruşşov yola zibil atdığına görə partiyadan çıxarıb.

Lent.az-ın Rusiya mediasına istinadla bildirir ki, kütləvi informasiya vasitələrində video qeydiyyat kameralarındakı videoyazı yayılıb.

Orada maskalı bir şəxsin yol kənarında dayanan “Mercedes”dən boş bir neft qabını çəkərək çölə atıb uzaqlaşdığı görünür. Sosial şəbəkələrdə bunun Xruşşov olduğunu yazdılar.

Partiyada söhbətin deputatdan getdiyi təsdiqlənib. Məlumata görə, hadisə martın əvvəlində baş verib. 

“Onun bu hərəkəti ictimaiyyətdə qəzəb və tənqid dalğasına səbəb olub, lakin günahkar hərəkətləri üçün heç bir açıqlama verməyib”, - məlumatda vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5145
avatar

Oxşar yazılar