Sosial şəbəkələrdə Krım körpüsünün partlayış anı yayılıb.
Lent.az xəbər verir ki, görüntülər Ukrayna və Rusiya telegram kanallarında paylaşılıb.
Bundan əlavə, körpünü partlatdığı deyilən TIR-ın da yoxlamadan keçirildiyi lakin heç nə aşkarlanmadığı barədə görüntülər sosial mediada dolaşıb. Həmin görüntülərdə kamikadze yük avtomobilinin yol polisi postunda yoxlanıldığı, lakin heç nə tapılmayaraq hərəkətə davam etdiyi keçdiyi əks olunub.
Həmçinin TIR-ın sürücüsünün fotosu da yayılıb. Məlumata görə, həmin sürücü krasnodarlı Boris Yusubovdur.
Boris Yusubov