Konsertdə faciə:  8 nəfər ayaqlar altda qaldı: 14-27 yaş arasında...  - VİDEO
07 noyabr 2021 06:16 (UTC +04:00)

Konsertdə faciə: 8 nəfər ayaqlar altda qaldı: 14-27 yaş arasında... - VİDEO

Amerikalı reper Trevis Skottun Texas ştatının Hyuston şəhərində verdiyi konsertdə izdiham nəticəsində 14-27 yaş arasında 8 nəfər ölüb, 13 yaralı xəstəxanada qalıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər meri mətbuat konfransında bildirib.

“Dünən gecə baş vermiş hadisə nəticəsində 8 nəfərin ölməsi ilə bağlı məlumat daxil olub, onlardan biri 14, digəri 16, ikisi 21, daha ikisi 23, sonuncu isə 27 yaşındadır. Hələlik dünyasını dəyişənlərdən bir nəfərin şəxsiyyəti müəyyən edilməyib...”, deyə mer vurğulayıb.

Əlavə edilib ki, 25 nəfər xəstəxanaya çatdırılıb, 13-ü hələ də həkim nəzarətindədir: “Xəsarət alanların 5-i 18 yaşdan aşağıdır. Heç kimin itkin düşməsi barədə məlumat verilməyib”.

Eyni zamanda, Hyuston polisinin rəhbəri Troy Finnerin sözlərinə görə, konsertdə təhlükəsizlik əməkdaşlarından biri naməlum şəxs tərəfindən boynundan xəsarət alaraqa huşunu itirib. 
Həkimlərin müdaxiləsindən sonra mühafizəçi özünə gəlib. 

Konsertin təhlükəsizliyi 1,2 minə yaxın polis və mühafizəçi tərəfindən qorunub.

# 3162
avatar

Oxşar yazılar