Kənd Əhmədlinin problemlərini saymaqla bitmir – REPORTAJ  -VİDEO
21 may 2025 11:17 (UTC +04:00)

Kənd Əhmədlinin problemlərini saymaqla bitmir – REPORTAJ -VİDEO

Kənd Əhmədli sakinləri işıqsızlıqdan, suların tez-tez kəsilməsindən və hər an aşa biləcək təhlükəli ağaclardan şikayətçidirlər.

Lent.az xəbər verir ki, sadaladığımız problemlə bağlı sosial problem APA TV-nin hazırladığı reportajda geniş işıqlandırılıb:

Bu problemlər hansısa ucqar kənddə yaşanmır. Əhmədli qəsəbəsində sakinlər illərdir davam edən bu problemlərdən cana yığılıb. Qəzalı vəziyyətdə olan ağaclar təhlükə saçır, su gecə saatlarında kəsilir, küçələr isə qaranlığa qərq olur. Sakinlər bu barədə belə deyir:

 “Bu 3 ağac başını aşağı əyib. Kiminsə başına düşə bilər, kiminsə maşınını əzə bilər. Hara zəng ediriksə, gəlirik deyirlər ortada birşey yoxdur. 1 aydan çoxdur xəbər vermişik gəlib aparmırlar. İndi mən durub ayağa onu kəssəm gəlib məni tutacaqlar, 1000 manat cərimə yazıb çıxıb gedəcəklər.”

Sakinlər deyir ki, yaşıllıq idarəsinə də müraciət ediblər, amma nəticə yoxdur.

Sakinlər bildirirlər ki, Kənd Əhmədlidə ən böyük problem su ilə bağlıdır. Onların sözlərinə görə, axşam saat 7-8-dən sonra su ya gəlmir, ya da çox zəif gəlir: “Axşam saat 7-8 oldu su zəifləyir. Bir də saat gecə 1-2-dən sonra gəlir. O vaxt da heç kəsə su lazım deyil. Suyu tez bağlayırlar. Səhər də gec açırlar, əziyyət çəkirik. Ptiminutka yanmır, çimə bilmirik. Hamamda su yoxdur”.

Sakinlər bildirirlər ki, ərazi elə bil yaddan çıxıb. Qəsəbənin bir çox hissəsində işıq lampaları quraşdırılmayıb.

Problemlə bağlı daha ətraflı video materialda tanış ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694

Oxşar yazılar