Yanvarın 18-də Azərbaycanın Xoy mahalında baş verən 5.4 bal gücündə zəlzələ nəticəsində evləri zərər görmüş yüzlər azərbaycanlı ailə küçədə qalıb.
Lent.az xəbər verir ki, bu barədə "MOUZE" "Telegram" kanalı məlumat yayıb.
Soyuq havada çöldə və çadırlarda qalmağa məcbur olan xoylular, rəsmi iddiaların əksinə olaraq Qızıl Aypara Cəmiyyəti və başqa dövlət qurumlarının onlara yardım etmədiklərini bildirirlər.
Sosial mediada paylaşım edən və vəziyyətləri ilə bağlı videolar paylaşan vətəndaşlar yardımla bağlı rəsmi mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyini qeyd edirlər.