Əməkdar artist Rəhman Rəhmanov "Elgizlə izlə" verilişində kişi-qadın münasibətindən danışıb.
Lent.az-ın məlumatına görə, aktyor proqrama gələn və ərinin aldatdığı qadını qınayıb. Aktyor ərinin telefonuna baxan qadınları tənqid edib:
"Qadının kişinin telefonuna baxması qadağandır. Nişanlı olanda olar. Amma ailəlisənsə, olmaz. Onunla ailəni dağıdırsınız. Qadın kişinin telefonuna baxırsa, uşaqlarını atasız qoyur. Qadın kişidən dözümlü olur".
Qeyd edək ki, R.Rəhmanovun iki həyat yoldaşı var.