İranda etirazçılara qarşı çıxan SEPAH komandiri cəzalandırılıb.
Lent.az "MOUZE" telegram kanalına istinadla xəbər verir ki, hadisə ötən gecə İsfahanda qeydə alınıb. Burada etirazçılar aksiyaların yatırılmasında iştirak edən SEPAH komandirinin evini mühasirəyə alaraq, yandırıblar.
Məlumata görə, həmin zabit kütləvi etirazları zorakılıqla dağıdıb və aksiyaçıları təqib edərək onlara atəş açıb.