Əməkdar artist Qorxmaz Əlili
16 sentyabr 2021 17:10 (UTC +04:00)

Əməkdar artist Qorxmaz Əlili

Əməkdar artist hər şeyi açıb dedi - "Bu məşhurlara pul verdim" - VİDEO

Əməkdar artist Qorxmaz Əlili zamanında bir çox məşhurların hesabına pul köçürdüyünü deyib.

Lent.az-ın məlumatına görə, o, bu barədə "Onun sirri" verilişində danışıb:

“Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım. O vaxt banklar yox idi. Yüzdən çox artistə pul payladım. Xalq artisti Barat Şəkinskaya, Leyla Bədirbəyli, Gülxar Həsənova, Tükəzban İsmayılova, Həbib İsmayılov, Əliağa Quliyev, Sərvər İbrahimov, Tələt Bakıxanov, Nəsibə Zeynalova, İncəsənət Universitetinin bir çox müəllimlərinə pul vermişəm. İndi məni oranın qapısından içəri buraxmırlar. Gedib oranın rektoru ilə görüşə bilmirəm. Bir də Həmid müəllim var idi, çox kasıb idi. İşdən çıxardılar, 2 il ona maaş verdim. Sonra torba boşaldı, əlimə pul gələndə kişi dünyasını dəyişdi".

# 7422
avatar

Yalçın UĞUR

Oxşar yazılar