Müğənni Doğuş, aparıcı Xoşqədəm Hidayətqızı
08 aprel 2021 12:02 (UTC +04:00)

Müğənni Doğuş, aparıcı Xoşqədəm Hidayətqızı

Doğuş-Xoşqədəm sevgisi: "... uşaqlar böyüsün, boşanacaqlar" - VİDEO

Türkiyəli müğənni Doğuş aparıcı Xoşqədəm Hidayətqızı ilə olan evliliyindən söz açıb.

Lent.az-ın məlumatına görə, ifaçı “Səhər mərkəzi” verilişində Xoşqədəmə olan sevgisini bu cür izah edib:

“Pulla alına bilməyən tək şey sevgidir. Nə yaxşı ki, sevdiyim bir qadınla evlənmişəm. Həyatımda övladlarım və sevdiyim insanlar var. Sevmədiyim heç bir insana həyatımda yer yoxdur. Sevdiyim insanlarla yola çıxa bilərəm. Çünki onlar yaxşı insanlardır. Ailədə hər ikimizin sözü keçir. Anlayışlı insanlarıq. Biz evlənən il dedilər ki, bunlar bir ilə boşanacaqlar. İkinci ildə də dedilər ki, bunların evliliyi reklamdır. Sonra övladlarımız oldu, dedilər ki, uşaqlar bir az böyüsün, boşanacaqlar. İnsanların xoş gününə sevinə bilirsənsə, o zaman insansan, ey insan. Başqalarına yardım edirsənsə, insansan”.

Müğənni Doğuş, aparıcı Xoşqədəm Hidayətqızı

# 29010
avatar

Yalçın UĞUR

Oxşar yazılar