Cəlilabadda şəkər xəstələri dərmanlarını niyə ala bilmirlər? - VİDEO
03 iyun 2023 19:15 (UTC +04:00)

Cəlilabadda şəkər xəstələri dərmanlarını niyə ala bilmirlər? - VİDEO

Cəlilabad rayon sakinləri Səbuhi Məmmədov və Səfqulu Abbasov APA TV-yə müraciət edərək bildiriblər ki, uzun müddətdir xəstəxanadan şəkər dərmanı, şəkər stripləri və qlukometr ala bilmirlər. 

Məsələ ilə bağlı Cəlilabad rayonunda olduq, redaksiyaya müraciət edənləri və qarşı tərəfi dinlədik. 

Müraciət edənləri dinlədikdən sonra üz tutduq Cəlilabad rayon Mərkəzi Xəstəxanasına. Bildirildi ki, qlukometr Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yeni gətirilib. Aparatlar xəstələrə mərhələli şəkildə veriləcək. Həmçinin şəkərli diabet xəstələri, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, dərmanlar, iynələr və digər ləvazimatlarla təmin olunurlar. 

Vətəndaşlar isə bildirirlər ki, xəstəxanadan verilən açıqlama özünümüdafiə xarakteri daşıyır və həqiqəti əks etdirmir. Reallıq budur ki, dərmanlar vaxtında verilmir, ən böyük problem isə şəkər çöpləri ilə bağlı yaşanır. 

Hazırda Cəlilabad rayonunda 4500-ə yaxın şəkərli diabet xəstəsi qeydiyyatdadır. Problemin aktuallığını nəzərə alıb, mövzuya yenidən qayıdacağıq. 

# 3099
avatar

Oxşar yazılar