Bir dəstə şir maşından düşən kişini parçaladı - HƏSSAS GÖRÜNTÜLƏR
11 sentyabr 2025 16:31 (UTC +04:00)

Bir dəstə şir maşından düşən kişini parçaladı - HƏSSAS GÖRÜNTÜLƏR

0

Banqkokdakı məşhur “Safari World” parkında şir baxıcısını parçalayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, ekskursiya zamanı 58 yaşlı şir baxıcısı Can Ranqaharasami yırtıcıların volyerinin tam mərkəzində cipindən düşüb. Bir neçə saniyə sonra ona şir hücum edib.

Hadisə yerində olan həkimin sözlərinə görə, əvvəlcə heç kim baş verənləri anlamayıb. “Biz düşündük ki, şir sadəcə onu tanıyıb. Elə bilirdik ki, onu salamlayır. Ona görə də heç kim müdaxilə etmədi,” – deyə o bildirib.

Lakin vəziyyət tez bir zamanda fəlakətə çevrilib. Şir kişini yerə yıxaraq dişləməyə başlayıb. Bir neçə saniyə sonra daha üç-dörd yırtıcı da ona qoşulub. Turistlər heyvanları qorxutmaq üçün ümidsizcəsinə siqnal verib və qışqırsalar da, bu, nəticə verməyib. Dəhşətli anlar təxminən 15 dəqiqə davam edib.

Park əməkdaşları yaxınlaşa biləndə artıq gec olub. Təxminən 30 il şirlərlə çalışan Can Ranqaharasami xəstəxanaya aparılıb, lakin həkimlər onun öldüyünü deyiblər.

Polisin məlumatına görə, bu, təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması olub. Safaridə yırtıcıların olduğu zonada maşından çıxmaq qəti qadağandır. Adətən mühərrik işlədiyi vaxt şirlər geri çəkilirlər. Amma bu dəfə cipin qapısı açıq qalıb. İlkin versiyaya görə, kişi yerdən bir əşyanı götürmək üçün maşından düşüb.

Faciədən sonra Milli Parklar Departamenti safari ərazisinin müvəqqəti bağlanması barədə göstəriş verib. Orada yoxlamalar aparılacaq və hadisənin səbəbləri araşdırılacaq. Hakimiyyət bütün halları diqqətlə aydınlaşdıracağına söz verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 548

Oxşar yazılar