Ağcabədidə dağılan qəbiristanlıq
08 yanvar 2022 13:50 (UTC +04:00)

Ağcabədidə dağılan qəbiristanlıq

Bayram gecəsi içib qəbiristanlığı dağıtdılar - Azərbaycanda - VİDEO

Ağcabədidə bir qrup şəxs qəbiristanlıqda dağıntılar törədib.

Lent.az-ın məlumatına görə, hadisə dekabrın 31-də rayonun Qaravəlli kəndində qeydə alınıb. Məlumata əsasən, bir qrup kənd sakini bayram süfrəsində yeyib-içdikdən sonra maşınla qəbiristanlığa gedərək sərxoş vəziyyətdə dağıntılar törədiblər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağcabədi rayonu, Qaravəlli kəndindəki qəbristanlıqda xuliqanlıq hərəkətlərinə yol verilməsi barədə kənd sakinlərinin şikayəti əsasında rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalara başlanılıb. Müəyyən edilib ki, dekabrın 31-i saat 23:35-də bir neçə kənd sakini spirtli içkilərin təsiri altında qəbristanlıqda xuliqanlıq hərəkətlərinə yol verib. Hadisə zamanı qəbir daşlarına ziyan dəyməyib və qəbirlərə qarşı təhqiredici hərəkətlərə yol verilməyib. 

Regional qrupdan bildirilib ki, həmin şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülməsi üçün aidiyyəti üzrə yönləndirilib.

Ağcabədidə içib qəbirləri dağıtdılar

# 4473
avatar

Mehman Nəbiyev

Oxşar yazılar