Bakıda Dənizkənarı Bulvar ərazisində "Fins" beynəlxalq təşkilatı tərəfindən okeanların mühafizəsinə diqqət çəkmək üçün fotolar sərgilənir.
Lent.az xəbər verir ki, sərgi 2 koridor olmaqla mavi və qırmızı koridordan ibarətdir.
Mavi koridorda okeanın gözəllikləri, qırmızı koridorda isə tam əksi, okeanlara vurulan ziyan və heyvanların ovlanması və s. əks olunub.
Sərgi insanların marağına səbəb olub.
Qeyd edək ki, "Fins" beynəlxalq təşkilatı COP29-da olan pavilyonlardan biridir. Okean və okean canlılarının qorunması çərçivəsində fəaliyyət göstərir.
***
11 noyabr, saat 11:50
Xəzər dənizinin sahilində görüntülənən və müzakirələrə səbəb olan maket bundan əvvəl 2022-ci ildə Fransanın Bordo şəhərində Qaronna çayının sahilində görüntülənib.
Lent.az "oxu.az"a istinadən xəbər verir ki, təbii ölçüdə sahilə düşmüş kaşalot heykəli kəskin ekoloji problemlərə ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyıb.
Belçika incəsənət kollektivi "Captain Boomer" tərəfindən hazırlanan qeyri-adi sənət instalyasiyası heyrətamiz reallıqla hazırlanıb. Rəssamlar heyvanın başının xarakterik forması, dərisindəki qırışlar və hətta dişləri də daxil olmaqla anatomik xüsusiyyətlərini dəqiqliklə yaradıblar.
Kaşalotlar dünya okeanında rast gəlinən ən böyük dişli balinalar hesab olunurlar. Möhtəşəm ölçülərinə baxmayaraq, bu əzəmətli məxluqlar su çirklənməsi, gəmilərlə toqquşma, balıqçılıq torlarına dolaşma və digər antropogen amillər səbəbindən nəsli kəsilmək təhlükəsi altındadır.
Onu da qeyd edək ki, "Captain Boomer" daha əvvəl London, Paris və digər şəhərlərdə "sahilə atılmış balinalar" kimi oxşar heykəllər nümayiş etdirib və hər dəfə ictimaiyyət arasında böyük rezonans yaradıb.
***
saat 10:21
Bakı bulvarında tapılan nəhəng heyvan heyrət doğurub.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.
Bunun COP29 çərçivəsində keçirilən aksiya olduğu bildirilir.
Lent.az "Baku TV"-nin hadisə yerindən hazırladığı video materialı təqdim edir: