Bakıda Zəfər Günü münasibəti ilə hərbi orkestrin müşayiəti ilə hərbçilərin yürüşü baş tutub.
Lent.az xəbər verir ki, hərbi orkestrin müşayiəti ilə təşkil olunan yürüş saat 10-da başlayıb və saat 12-ə qədər davam edib.
Qeyd edək ki, yürüşlər 3 marşrut üzrə təşkil edilib:
- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı;
- Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;
- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı istiqamətinə qədər.