Bakıda özünü maşınların altına atan dilənçi qadınla bağlı araşdırma başlanıb.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, yayılan videogörüntülər araşdırılır:
“Sosial şəbəkədə yayılan video ilə bağlı məlumatlıyıq. Artıq faktla əlaqədar araşdırmalara başlanılıb.
Qeyd edək ki, dekabrın 9-da sosial şəbəkədə dilənçi qadının özünü avtomobillərin altına ataraq, sürücülərdən pul alması iddia edilən görüntülər yayılıb. Görüntülərdə həmçinin həmin qadının “patı”, “kokos” kimi psixotrop maddələr aludəçisi olduğu da bildirilib. Həmin qadın növbəti dəfə özünü avtomobillərdən birinin qarşısına atdıqdan sonra ətrafdakılar tərəfindən saxlanılıb.