Bakıda məktəbli qızın oğurlanması barədə sosial şəbəkədə iddialar yayılıb.
Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu "Çermet" adlanan ərazidə, Əliyar Əliyev küçəsində qeydə alınıb. İddiaya əsasən, bir kişi 5-ci sinifdə oxuyan qızı qaçırmaq istəyib. Məlumatda bildirilir ki, bu həmin şəxsin ikinci cəhdidir. Bundan əvvəl 8-ci sinifdə oxuyan başqa bir qıza qarşı da eyni hərəkətləri edib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hazırda məsələ ilə bağlı araşdırma aparılır.