Bakıda maşın yol polisini vurub qaçdı - ANBAAN VİDEO
12 noyabr 2021 21:10 (UTC +04:00)

Bakıda maşın yol polisini vurub qaçdı - ANBAAN VİDEO

Xəbərə polisin vurulma anının görüntüsü əlavə edilib

***

Saat 17:51

Bakıda maşın yol polisini vurub.

Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, hadisə paytaxtın Rəşid Behbudov küçəsində qeydə alınıb.

Məlumata əsasən, yol polisi sürücüyə “saxla” əmri versə də, o, buna məhəl qoymayıb və YPX əməkdaşını vuraraq qaçıb.

Araz Əsgərli bildirib ki, yol patrul xidməti əməkdaşının vəziyyəti qənaətbəxşdir. 

O həmçinin qeyd edib ki, araşdırmalar nəticəsində hadisəni törədən sürücünün 1990-cı il təvəllüdlü Şirxan Məmmədov olması müəyyən edilib və o saxlanılıb. 

Lent.az hadisə hadisə anının görüntüləri əldə edib.

Həmin görüntüləri təqdim edirik:

Bakıda maşın yol polisini vurub qaçdı

# 10251
avatar

Mehman Nəbiyev

Oxşar yazılar