Bakıda ağır yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb. "Mercedes" markalı mikroavtobus qəfil yola çıxarkən, "VAZ-2106" markalı avtomobil sürətlə ona çırpılıb.
Nəticədə minik avtomobilinin sürücüsü yaralanıb. Avtomobillərə ciddi ziyan dəyib.
Məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, sürücülər ara məsafəsi saxlamalı və qaydalara düzgün riayət etməlidir:
"Gördüyünüz kimi, hadisələr hərəkətin intensiv olmadığı vaxtlarda da baş verir. Sadəcə olaraq, ara məsafəsinə diqqət yetirilməlidir. Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır".
Hadisə anının görüntülərini təqdim edirik: