Bakıda əksər premium restoranlarda menyular niyə Azərbaycan dilində yazılmır? -VİDEO
30 dekabr 2025 12:00 (UTC +04:00)

Bakıda əksər premium restoranlarda menyular niyə Azərbaycan dilində yazılmır? -VİDEO

0

Ana dilinin saflığının qorunması istiqamətində görülən işlərin fonunda reklam lövhələrində, iaşə obyektlərində, xüsusən, restoranların menyularında dilin normalarına, qayda-qanunlarına nə dərəcədə əməl edilməsi tez-tez gündəmə gələn məsələlərdən biridir.

Mövzu ilə bağlı APA TV-nin araşdırmasında məlum olub ki, ölkədəki restoranların bir qismində menyular, ümumiyyətlə, öz dilimizdə tərtib olunmur: "Çox təəssüf ki, bu restoranların əksəriyyəti Bakının mərkəzində və premium xidməti ilə seçilənlərdir. Xüsusilə paytaxtdakı premium hotellərin restoranlarında menyular ingiliscə və ruscadır. Paytaxtda xidmət göstərən, rus, Ukrayna və gürcü restoranlarının da demək olar hamısında menyu ingilis və rus dillərində, türk restoranlarında isə Türkiyə türkcəsindədir. Bu məkanların əksəriyyətində restoran əməkdaşları da rus dilində xidmət göstərirlər, telefon zənglərinə rus dilində cavab verilir. “Niyə Azərbaycan dilində xidmət göstərmirsiniz?” sualına isə cavab absurddur: “Axı biz rus, Ukrayna, gürcü, ya da türk restoranıyıq”. Bunun məsələyə heç bir aidiyyəti yoxdur. Dünyanın heç bir ölkəsində həmin ölkənin dövlət dilində xidmət göstərmədən, menyu tərtib etmədən hüquqi cəhətdən işləmək mümkün deyil".

APA TV-nin əməkdaşlarının mövcud vəziyyətlə tanış olmaq üçün üz tutduqları bahalı məkanların bəziləri mövzu ilə bağlı qapılarını bağlayıb, menyularını kameralardan gizlətsələr də, məsələnin bir neçə aspekti məlum olub:

"Əyləşdiyimiz ilk məkanda menyunun yalnız QR-kod vasitəsilə təqdim edildiyi bildirildi. İnternet üzərindən menyuya nəzər saldıqda isə, xüsusilə, içki adlarının sadəcə ingilis dilində qeyd olunduğunu müşahidə etdik.

Baş çəkdiyimiz digər bir restoranda yeməklərin adının Azərbaycan dilində yazılmasına baxmayaraq, içkilərin yenə də yalnız ingilis dilində təqdim edildiyi diqqətimizi çəkdi".

Lent.az reportajı təqdim edir:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar