Bakıda dönərxananın qarşısında əlbəyaxa DAVA:  polis işə qarışdı -VİDEO
08 sentyabr 2021 15:20 (UTC +04:00)

Bakıda dönərxananın qarşısında əlbəyaxa DAVA: polis işə qarışdı -VİDEO

Ötən gecə Bakının Nərimanov rayonunda əlbəyaxa dava olub.

Lent.az xəbər verir ki, hadisə “Nərimanov” metrostansiyası yaxınlığında, dönərxanalardan birinin qarşısında qeydə alınıb. Bir qrup şəxs gecə saat 3 radələrində əlbəyaxa dava edərək asayişi pozublar.

Hadisə anı yaxınlıqdakı bina sakinlərindən biri tərəfindən lentə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, yayılan görüntülərdə əks olunan mübahisənin təfərrüatları ilə bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.

Bakıda əlbəyaxa dava olub

# 6156
avatar

Mehman Nəbiyev

Oxşar yazılar