Bakıda içərisi sərnişinlə dolu olan avtobuslar yarışa çıxıblar.
Lent.az xəbər verir ki, 171 və 136 saylı marşrut avtobuslarının yarışı aeroport yolunda qeydə alınıb.
Həmin avtobuslarının sürətinin saatda 100 kilometrdən artıq olduğu bildirilir.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Lent.az-a bildirib ki, artıq faktla bağlı hər iki marşrut xəttinin sahibkarı olan "Ayşən LTD" və "Status-avto MMC" daşıyıcı şirkətləri agentliyə çağırılıb. Onun sözlərinə görə, hər iki şirkət sahibinin izahatları alınıb və onlara ciddi xəbərdarlıq edilib.
Sözügedən hadisənin görüntülərini təqdim edirik: