Bakıda ağır yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə 15:05-də Xətai rayonu 8 noyabr prospektində qeydə alınıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, "BMW" markalı avtomobil qırmızı işıqda keçərək, "Toyota Camry" markalı avtomobillə toqquşub. Daha sonra "BMW" təhlükəsiz şəhər kamerasının olduğu dirəyə çırpılaraq, aşıb.
Nəticədə bir nəfər xəsarət alıb. Həmçinin təhlükəsiz şəhər kamerası da yararsız hala düşüb.
Polis mayorunun sözlərinə görə, polis əməkdaşları hadisə yerinə cəlb olunublar. Xəsarətlə bağlı Xətai rayon Polis İdarəsində araşdırma başlanıb.