Rusiyada yaşayan azərbaycanlı müğənni Reyhan Hacıyeva yol qəzasında dünyasını dəyişib.
Lent.az xəbər verir ki, bu barədə aparıcı-prodüser Sərxan Kərəmoğlu öz "Instagram" hesabında məlumat yayıb. O bildirib ki, qəza dekabrın 19-u baş verib.
Məlumatlara görə, hadisə vaxtı avtomobildə olan digər musiqiçilər sağ qalıb.
Qeyd edək ki, müğənni R. Hacıyeva Moskva şəhərində yaşayırdı.