Azərbaycanda xarab şirniyyatları məmurun masasına  qoydular - SƏBƏB - VİDEO
24 dekabr 2022 16:49 (UTC +04:00)

Azərbaycanda xarab şirniyyatları məmurun masasına qoydular - SƏBƏB - VİDEO

Salyan sakini tez-tez işıqların sönməsinə qeyri-adi üsulla etiraz edib.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Rayon ərazisində şirniyyat sexi işlədən sahibkar işıqlar tez-tez söndüyü üçün məhsullarının xarab olmasından şikayətlənib. Onun sözlərinə görə, artıq neçənci dəfədir ki, bu səbəbdən şirniyyatların hazırlanması yarımçıq qalır və zay olur.

Sahibkar etirazını nümayiş etdirmək üçün həmin xarab olan şirniyyatları avtomobilinə yükləyərək, rayon işıq idarəsinin binasına gəlib. Burada o, şirniyyatları qəza xidmətinin rəisi Mehman Əhmədovun masasının üstünə qoymaq istəsə də, otağı bağlı olub. Buna görə xarab məhsullar digər əməkdaşın masasına qoyulub.

Vətəndaş iddia edir ki, artıq bir neçə dəfə işıqlar abonentlərə xəbərdarlıq edilmədən söndürülüb.

“Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu Lent.az-a bildirib ki, həmin görüntüləri bir neçə gün öncə Salyanın Arbatan kənd sakini qeydə paylaşıb:

“Həmin ərazidə yenidənqurma işləri gedir, bütün xətt və dayaqlar, transformator məntəqələri tamamilə yeniləri ilə əvəz olunur. Təbii ki, bu proses gedən zaman vaxtaşırı işıqlar söndürülür və yeni xətlər qoşulur.

Bununla yanaşı, həmin vətəndaşa məxsus şirniyyat sexinin arxa küçəsində də yeni xətt çəkilib və iş prosesi həmin şəxsin gözləri qarşısında baş verib. Bu zaman həmin ərazidə olan obyektlər və dövlət qurumlarına öncədən xəbərdarlıq edilib”.

Təmir gedən ərazi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5343
avatar

Mehman Nəbiyev

Oxşar yazılar