Sülhməramlılarımızın Əfqanıstanda fədakar xidməti
21 avqust 2021 10:08 (UTC +04:00)

Sülhməramlılarımızın Əfqanıstanda fədakar xidməti

Azərbaycan sülhməramlılarının FƏDAKARLIĞI: Kabildə yaralıları və uşaqları xilas etdilər - VİDEO

Sülhməramlılarımızın Əfqanıstandakı xidmətindən bəhs edən yeni görüntülər yayılıb.

Lent.az xəbər verir ki, hazırda Kabil hava limanını mühafizə edən sülhməramlılarımız burada təkcə hərbi xidmətlə kifayətlənmir.

Onlar, həmçinin, yaralılara qayğı da göstərir və digər mümkün vasitələrlə insanlara yardım edir.

Təqdim edəcəyimiz bu videoda hərbçilərimizin Kabil hava limanındakı fəaliyyəti əks olunur. Burada onlar sıxlıqda qalan uşaqları götürərək təhlükəsizliyini təmin ediblər.

Qeyd edək ki, ötən gün NATO Baş Katibi Yens Stoltenberq Kabil hava limanının təhlükəsizliyinə verdiyi dəstəyə görə Azərbaycana sülhməramlılarına minnətdarığını bildirib.

Sözügedən görüntüləri təqdim edirik:

Süıhməramlılarımız yaralıya kömək edir

Hərbçilərimiz Kabil aeraportunda

# 6051
avatar

Mehman Nəbiyev

Oxşar yazılar